Mehdiabad sakinləri Azərbaycan Avtomobil Yolları Agentliyindən şikayət edirlər

Mehdiabad sakinləri Azərbaycan Avtomobil Yolları Agentliyindən şikayət edirlər
 

AAYA Mehdiabad sakinlərinin torpaqlarının pulunu vermir

Cənab Prezident Bakıda yol infrastrukturunun daha da yaxşılaşması üçün ardıcıl olaraq diqqət göstərir. Bu məqsədlə az qala hər ay külli miqdarda pul vəsaiti ayırır.

Lakin AAYA şefi Saleh Məmmədovun rəhbərliyilə Bakının Mehdiabad qəsəbəsi ərazisindən keçən yolun çəkilişi zamanı vətəndaşlara məxsus olan torpaq sahələrindən istifadə olunsa da, vətıəndaşların pulu verilmir.

Ölkə Prezidentinin yol çəkilişilə bağlı AAYA-ya kifayət pul ayırmasına və yol çəkilişinin çoxdan davam etməsinə baxmayaraq, vətəndaşların torpaq haqqı hələ də ödənilməyib.

Mülkiyyət hüququ Agentlik tərəfindən pozulmuş ətəndaşların verdiyi məlumata görə, Mehdiabadda sakinlərinin mülkiyyət hüququnun pozulması ilə baş verən bu qanunsuzluq halı barədə vətəndaşlar yuxarı dövlət orqanlarına və AAYA rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların şikayətlərinə baxılmır...

Şahnaz

0.055146932601929