Əsgəran döyüşləri...- Akif Mirsiyaboğlu yazır...

Əsgəran döyüşləri...- Akif Mirsiyaboğlu yazır...
 

1920 - Cİ İL , 29 MART ,
1991- 1993 - CÜ İLLƏR ,
2023 - cü il , 19 - 20 SENTYABR

Əsgəran qəsəbəsi Xocalı şəhərindən 5 km aralıda Qarqar çayının sahilində yerləşir. Yeganə magistral şose yolu bu qəsəbədən keçdiyinə görə Birinci Qarabağ müharibəsində, vilayətdə yaşayan azərbaycanlı əhalinin ən böyük problemlərlə üzləşdiyi yaşayış məntəqələrindən birincisi sayıla bilərdi. İlk şəhidlərimizdə bu qəsəbədə qətlə yetirilmiş, münaqişə dövründə əsir və girov götürülmüş azərbaycanlılara qarşı qeyri insani rəftara, işgəncələrə görə bu qəsəbədə yaşayan daşnak quldurları xüsusi amansızlıqları ilə seçilmişdilər. Elə münaqişədən əvvəlki dövrdə belə Əsgəran və Xocalı arasında qarşıdurma halları, dava - dalaşlar çox olardı. Bu hallar futbol oyunlarında, hətta məktəblilər arasında keçirilən yarışlarda belə özünü kəskin şəkildə biruzə verərdi. Sanki Ağdamın vilayət mərkəzinə giriş qapısı olan bu qəsəbəyə ən qatı daşnak millətçilərini seçib yerləşdirmişdilər . Birinci Qarabağ müharibəsi illərində iş yerim Ağdam milisində, yaşayış yerim isə Xocalıda olduğu üçün günün müxtəlif saatlarında , əsasən də gecə yarısı bu qəsəbəni şəxsi avtomobilimlə çox keçməli olurdum .Bundan əlavə daxili işlər nazirliyindən Xankəndinə ezamiyyətə gələn əməkdaşların böyük bir hissəsini 44-80 AQM nömrə nişanlı şəxsi avtomobilimlə aparmalı olurdum. Avtomobilin dövlət nömrə nişanı muxtar vilayətə məxsus olması və zərurət yarananda ermənilərlə şübhə doğurmadan Qarabağ ermənilərinin ləhcəsi ilə danışmağım işimizi asanlaşdırardı. Ancaq bütün bunlara baxmayaraq yenə də lənətə gəlmiş bu qəsəbə ömrümün sonuna qədər unuda bilməyəcəyim acı xatirələrlə doludur. Əvvəllər daş , dəmir parçalarının yağışına məruz qalırdıqsa, sonradan bu ov tüfəngləri daha sonra isə yivli silahlardan bizə açılan atəşlərlə əvəz olundu . Qəribə burasıdır ki , bütün bunlar girişində və çıxışında sovet qoşun hissələrinin stasionar postlarının yerləşdiyi xırda bir qəsəbədə, sovet patrul naryadlarının burnunun ucunda baş verirdi .
Gecə yarısı işdən çıxdıqdan sonra Xocalıya yola düşürdüm .Qarağacı qəbirstanlığında olan postu keçdikdən sonra avtomobilin işıqlarını söndürürdüm ki , Əsgəranda olanlar Ağdam istiqamətindən gələn maşının işıqlarını görməsinlər .Qaranlıq gecədə saatda 80 - 100 km sürətlə maşın idarə etməyin necə riskli bir iş olmasını bilsəmdə başqa çıxış yolu qalmırdı .Yavaş sürətlə hərəkət etməkdə təhlükəli idi .Yolun hər iki tərəfində salınmış üzüm bağlarında gizlənən erməni quldurları, yolu bağlamağa , daş və dəmir parçaları ilə xəsarət yetirməyə, giröv götürməyə fürsət axtarırdılar. Keçən maşınlara atəş açılması hallarıda geniş yayılmışdı .Əsgəranın girişində olan postda maşının işığını yandırıb növbəti yoxlamanı keçərək evə tələsirdim . Hətta iki dəfə Əsgəranın düz ortasında getdiyim maşın xarab olub qalmış , son anda möcüzə nəticəsində xoşagəlməz sonluqdan yaxa qurtara bilmişdim .
1991- ci ilin sonu, 1992 - ci ilin əvvəllərində mənimdə iştirak etdiyim bir neçə uğursuz döyüş əməliyyatları ilə tilsimə düşmüş Əsgəran qalasına yaxın düşə bilməmişdik. 1992 - ci ilin yanvar ayının sonunda , Xocalını mühasirədən çıxarmaq üçün keçirilən sonuncu əməliyyat , Əsgəran qəsəbəsinin tamamilə boş qalmasına baxmayaraq , müdafiə nazirliyi tərəfindən döyüş əməliyyatı dayandırıldığına görə yenə də tilsim sındırılmadı , əliboş geriyə dönəsi olduq .
Müdhiş Xocalı faciəsinə isə cəmi 25 gün qalır, yalançı vədlərlə mühasirədə qalan şəhər sakinləri rəsmi Bakı tərəfindən aldadılırdı .
Xocalı faciəsindən cəmi bir həftə sonra rəhmətlik Qatır Məmməd ləqəbli, çuxurməhləli Yaqub Rzayevin batalyonu Əsgəranın axırıncı postunu götürərək bu mifi darmadağın etdi . Postumuz artıq Əsgəranın üç kilometrliyində idi .Xanabad və Naxçıvanlı kəndləri istiqamətində analoji irəliləyişlər edilərək cəbhə xətti bərabərləşdirilmədiyi üçün əldə olunmuş nailiyyəti qoruyub saxlamaq, genişləndirmək mümkün olmadı . Bir neçə gün sonra düşmən qəfləti hücumla ərazini yenidən ələ keçirdi . Xeyli sayda döyüş texnikası düşmənin əlinə keçdi . Batalyon itkilər verib, bir neçə kilometr geri çəkilərək yenidən Qarağacı qəbirstanlığında mövqe tutdu .Son döyüşdə şəhid olmuş əsgərlərdən birinin cəsədini sırf təsadüf nəticəsində aşkar etdim .
Həmin gün yenə Xocalı soyqırımı ərəfəsində girov götürülmüş insanların azad olunması üçün Vitali Balasanyanla görüşə getmişdik . O , gecikdiyi üçün erməni postundan bir qədər aralanıb , vaxt keçsin deyə neytral ərazidə siqaret çəkərək gəzirdim .Bu zaman yolun kənarında olan akasiya meşə zolağından məni çürüyən cəsəd iyi vurdu .Az qala bir metrə çatan saralmış otların arası ilə irəliləyib kömür kimi qaralmış , sarı əsgər formasında olan şəxsin , əlləri yana açılmış , arxası üstə uzanıqlı vəziyyətdə hərəkətsiz qaldığını gördüm . Yaxınlaşanda əsgərin əynində olan gödəkçənin qolunda üçrəngli bayraq nişanını gördüm . Geri qayıtdım və etmənilər eşitməsin deyə Allahverdi Bağırovu kənara çəkərək bunları ona dedim .Birlikdə cəsədin yanına gəldik .Cəbhəçilər şəhid əsgəri tanıdılar .Allahverdi dedi ki : Yaqub bu əsgərin anasına deyib ki , erməni postuna qədər kəşfiyyatçılar öğlunun cəsədini axtarıblar, tapa bilməyiblər, ermənilər yəqin onu əsir aparıblar . Anasıda neçə gündür gəlib qərargahda göz yaşı tökür ki , oğlumu əsirdir, onu dəyiş. Mən də Vitalikə dirənmişəm ki , əsiri təcili qaytar . Zahidlə Elman maşın çağırdılar , cəsədi həmin təcili yardım UAZ - da Ağdama yola saldıq .

R.S Əsgəran döyüşü , Azәrbaycan ordu hissәlәrinin 1920 - ci ilin mart-aprel aylarında ermәni qoşunlarına qarşı apardığı hәrbi әmәliyyatın tәrkib hissәsi idi . Hәr iki tәrәf üçün strateji әhәmiyyәt daşıyan Əsgәran Qarabağda hәrbi tәşәbbüsün әldә saxlanması üçün başlıca amil idi. Martın 21-dә ermәni daşnakları Qarabağın bir sıra mәntәqәlәri ilә bәrabәr, Əsgәranda AXC ordusunun post qüvvәlәrini mәhv etmiş, Əsgәran keçidi bağlanmış, Xankәndi vә Şuşada yerlәşәn hәrbi qarnizonlar çәtin vәziyyәtә düşmüşdülər . Martın 26-dan general H.Sәlimov kәşfiyyat apardıqdan sonra , 29 martda Əsgəran döyüşünü başladı. Döyüşdә 5-ci Bakı piyada alayının bölmәlәri, parlament mühafizә dәstәsi vә partizanlar iştirak edirdilər. Süvari qüvvәlәrinә isә Azәrbaycan 1-ci süvari alayının bölmәlәri cәlb olunmuşdular. Bir neçә yüksәkliyi vә kәndi әlә keçirәn qüvvәlәrimizә hәmin mövqelәrdә möhkәmlәnmәk әmri verilsә dә, onlar hücuma keçdilәr. Lakin Əsgәrandan kömәk alan daşnaklar Azәrbaycan qoşunlarını geri çәkilmәyә mәcbur etdilәr. Döyüşün aparılmasında partizanlara deyil, nizami hәrbi hissәlәrә üstünlük verilmәsi mәqsәdilә Zaqatala piyada alayının, 7-ci Şirvan alayının, 1-ci Azәrbaycan süvari alayının, bir dağ topçu batareyasının Ağdama gәtirilmәsi qәrara alındı. Aprelin 3-dә hücuma keçәn Azәrbaycan qoşunları Əsgәranı vә Xocalını, Ağdam– Əsgәran yolunun üstündәki mәntәqәlәri (Kәtik, Aranzәmin, Naxçıvanik) daşnaklardan tәmizlәdilәr. Əsgəran döyüşünün uğurla başa çatması Azәrbaycanın ordu hissәlәrinin tezliklә Şuşaya daxil olmasına zәmin yaratdı.

R.S 19 - 20 sentyabrda cəmi 23 saat 43 dəqiqə davam etmiş antiterror əməliyyatında Əsgəranda daxil olmaqla keçmiş muxtar vilayətin bütün ərazisinin düşmənlərdən təmizlənməsi , ordumuzun yüksək peşəkarlığının, Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və əvəzolunmaz sərkərdəlik bacarığının bariz nümunəsidir.

"Paralel.az"

0.016819000244141