Bu rəng yenidən dəbə qayıdır 

Bu rəng yenidən dəbə qayıdır 
 

Robotik, göz oxşayan və parıldayan gümüşü metal parçalar mövsümün ən diqqət çəkən trendləri arasındadır.

"Paralel.az" "Hürriyet"ə istinadla xəbər verir ki, Hollivud ulduzlarının üstünlük verdiyi bu üslub indi gündəlik həyatda da istifadə olunur. Göz oxşayan tendensiyanın yerini möhkəmləndirməsini rəqəmsal dünyanın və texnologiyanın inkişafı ilə əlaqələndirənlər də var.

Metallik tendensiya moda dünyası üçün yeni deyil: 1930-cu illərdən bəri vaxtaşırı geri qayıdır. Hollivud ulduzlarının qırmızı xalçada ilk olaraq üstünlük verdiyi metal parçalar onların daha da ulduzlu görünməsi ideyası ilə ortaya çıxıb. Bu parıldayan tendensiya adilikdən uzaq olan cazibədar görünüşü təmsil edir.

0.015738964080811