"Kraliça" kişilər: Nazlanırlar, çox danışırlar, şirin görünməyə çalışırlar...

 

"Müasir dövrümüzdə qadınların kişilərlə bağlı ən çox şikayət etdikləri şey onların çox naz etməsidir".

Ölkə.Az xəbər verir ki, bu sözləri türkiyəli davranış elmləri mütəxəssisi Aşkım Kapışmak deyib. O, belə kişilərin çox duyğulandığını, ən adi şey üçün belə üzüldüyünü, özünə qapandığını, çox danışdığını, əli bir yerə cüzi dəyəndə dəqiqələrlə ufuldadığını söyləyib:

"Bu tip kişilər qadından-yəni partnyorundan ona analıq etməsini gözləyir. Çox işləmək istəmir, mövzudan mövzuya keçir, çox danışır, naz edir. kraliça kimidir, zərifdir. Belələri yuxusundan oyanmaqda və yuxuya getməkdə çətinlik çəkir, deyinir, futboldan başlayıb söhbəti xalıda bitirir. Nəyinsə məsuliyyətini götürməsini istədiyiniz zaman tez yorulur. "Ora necə gedəcyik", "bunu necə edəcəyik" və s. cümlələr qurur, yəni hər şeyin məsuliyyətindən qaçmağa başlayır. 

Qadınlar daha gözəl, daha baxımlı olur, amma sosial şəbəkələrdə foto paylaşarkan daha sərt görünməyə çalışırlar. Amma "kraliça" oğlanlar şirin görünməyə çalışırlar və altına da mənalı sözlər yazırlar. Nazlanma, özünü göstərmək cəhdləri və s. edən kişilər çoxalmağa başlayıb.

Deyəsən, eril enerji (kişi enerjisi) getdikcə azalır" - A.Kapışmak əlavə edib.

Billurə

 

 

0.067831039428711