Tarix dərsliyində yanlışlıq: Dosent nazirə müraciət etdi 

Tarix dərsliyində yanlışlıq: Dosent nazirə müraciət etdi 
 

Orta məktəb şagirdləri üçün hazırlanmış tarix dərsliyində yanlışlığa yol verilib.

"Paralel.az" xəbər verir ki, kitabda Qacar taxt-acının vəliəhdi Abbas Mirzənin oğlu Məhəmməd şah səhvən Qacar şahı Fətəli xanın oğlu kimi təqdim edilib.

Bu barədə doset, tarix üzrə araşdırmaçı Zaur Əliyev paylaşım edib. O, yol verilmiş yanlışlığa görə elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib:

"Sizə məlumat verim ki, bu gün orta məktəblərdə keçirilən tarix dərslərində istifadə edilən dərslikləri yazan "mütəxəssislərə" deyin ki, Məhəmməd şah Fətəli şahın deyil, Abbas Mirzənin oğludur.

Qacar dövlətinin III şahı olub. Atası Abbas Mirzənın Herat mühasirəsi zamanı öldüyü zaman, 1834-cü il iyunun 20-də babası Fətəli Şahın vərəsəsi elan edilib. 8 noyabr 1834-cü ildə Fətəli Şahın ölümündən sonra Təbrizdəki Qacar Şahı elan edilib. Məhəmməd Mirzə Abbas Mirzə oğlu 1810-cu ildə Təbriz şəhərində anadan olub. Hələ аtаsının sаğlığındа vəliəhd оlmuşdu. 1834-cü ildə tахtа çıхmışdı.1837-ci ildə Herat müharibəsini başlatmışdı".

Z.Əliyev qeyd edib ki, Məhəmməd Şah istedadlı gəncləri təhsil almaq üçün xarici ölkələrə göndərən ilk Qacar hökmdarıdır:

"O, atasının vaxtında əsası qoyulan nəşriyyat işlərinin genişlənməsinə dəstək verərək, xarici dillərdə olan elmi-ədəbi kitabların tərcüməsinə və nəşrinə hamilik edib. Bundan başqa, o dövrdə səltənətin Xoy, İsfahan, Səlmas və başqa şəhərlərində Avropa tipli müasir məktəblərin açılması da Məhəmməd Şahın adı ilə bağlıdır.
Azərbaycan türkü olduğunu hər zaman fəxrlə qabartması, ən əsası, səltənətdə fars elementlərinin güclənməsinə imkan verməməsidir. Sarayda fars ağalığına imkan verməyib. 
Məhəmməd Şah Qacar 1848-ci il sentyabrın 5-də, 38 yaşında dünyasını dəyişib".

 

 

 

0.019947052001953