"Tibbi vasitələrdə istifadə olunan heyvan mənşəli məhsullara şəriət tərəfindən icazəsi verilməlidir"?!

 

Dərman vasitələrin qablaşdırılması üzərində olan QR kodla izlənilməsi vətəndaşların işlərini xeyli asanlaşdıra bilər. Maraqlıdır, QR kodu ilə bağlı yenilik insanların hansı məsələlərdə yardımçı olacaq. Cəmiyyəti maraqlandıran digər sual halal dərmanların satışa buraxılmasına dair xəbərlərdir. Məlum olduğu kimi bugünlərdə Səhiyyə Nazirliyi tərəfindən halal dərmanların satışı buraxılacağıyla bağlı məlumatlar yayıldı.

Tibb eksperti Adil Geybulla mövzu ilə bağlı fikirlərini "Paralel.az" ilə bölüşdü. 

Adil Geybullanın fikirlərinə görə, dərman maddələrinin keyfiyyət parametrlərinə nəzarət Milli Genefondun təhlükəsizlik məsələsinə daxildir

"Ümumiyyətlə, dərman konsepsiyası təhlükəsizlik konsepsiyasına aiddir. Bu baxımdan hesab edirəm ki, dərman maddələrinin keyfiyyətinə nəzarət mülkin idarə olunması üzrə qurumların səlahiyyətinə düşür. QR kod ilə izlənmə məsələsinə gəlincə, düşünürəm ki, bu yenilik effektiv tətbiq olunsa vətəndaşlar üçün faydalı ola bilər. Ancaq birmənalı olaraq, bu, dərman maddələrinin keyfiyyət parametrləri üçün təminat deyil. Paralel şəkildə düzgün təşkil olunduğu təqdirdə güvənlik məsələsi daha da artar".

Ekspert vurğuladı ki, halal dərmanlar dedikdə islam şəriətə uyğun tədarük edilmiş və rəsmi dini qrum tərəfindən istifadəsinə icazə verilmiş heyvan və bitki mənşəli dərmanlardan söhbət gedir:

"Burada ilk növbədə donuz əti məhsullarının qarışığından danışmaq olar. Ümumiyyətlə, təkcə dərman deyil, tibbi vasitələrdə istifadə olunan heyvan mənşəli məhsullar şəriətdə qəbuluna icazəsi olan məhsullar olmalıdır. Onun üzərində halal olması, yəni qəbuluna şəriətin icazə verdiyi mütləq qeyd edilməlidir".

Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi

0.10675716400146