Türkiyədə zəlzələ oldu:insanlar küçələrə axışdı - VİDEO

Türkiyədə zəlzələ oldu:insanlar küçələrə axışdı - VİDEO
 

Türkiyənin Hatay şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

"Paralel.az" TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, episentri Hatayın Kırıkhan rayonunda olan təkanlar yerli vaxtla saat 05.32-də qeydə alınıb.

Zəlzələnin 8,28 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Təkanlar ətraf əyalət və rayonlarda da hiss olunub. Qorxan əhali küçələrə axışıb.

Hadisə anı İskenderun mahalının Denizciler məhəlləsində təhlükəsizlik kamerasına əks olunub.

 

0.011268854141235