Gəncədə Zəfər Günü münasibətilə aksiya keçirildi

Gəncədə Zəfər Günü münasibətilə aksiya keçirildi
 

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü ilə bağlı Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası təşkil olunub.

Paralel.az-ın məlumatına görə, aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, deputat Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Aksiya çərçivəsində simvolik olaraq 44 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, bu gün Gəncədə 8 Noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

 

0.025777816772461