Çinlə Rusiya arasında ponton körpüsü: 300-ə yaxın rusiyalı...

Çinlə Rusiya arasında ponton körpüsü: 300-ə yaxın rusiyalı...
 

Amur vilayətinin hakimiyyət orqanları rusiyalı turistlərin Çinin Heihe şəhərindən Blaqoveşenskə daşınması üçün alternativ variant üzərində işləyir.

"Ölkə.az" xəbər verir ki, bu barədə vilayət hökumətinin saytında məlumat verilib.

Qeyd edilib ki, bu səbəbdən Amur çayı üzərindən ponton körpüsünün yaradılması planlaşdırılır.

"Bu gün sərhəddən sərnişinlərin daşınması üçün yeganə alternativ Amur çayı üzərində ponton körpüsünün təşkili ola bilər; bu məsələ araşdırılır", - deyə regionun nəqliyyat və yol təsərrüfatı nazirinin müavini Svetlana Popova bildirib .

Onun sözlərinə görə, hazırda Kani-Kurqan avtomobil keçid məntəqəsindən sərnişinlərin daşınması üçün istifadə etmək mümkün deyil, çünki burada yalnız yük maşınları qəbul edilir.

“Bu keçid məntəqəsində sərnişinlərlə işləmək üçün heç bir şərait yoxdur. Yol körpüsündən sərnişinlərin daşınmasını təmin edəcək daimi nəzarət-buraxılış məntəqəsi tikilir”, - o əlavə edib.

Noyabrın 7-də günortadan sonra Heihe şəhərindəki beynəlxalq keçid məntəqəsində 300-ə yaxın rusiyalı turist ardıcıl dördüncü gün Çində qalmağa davam edib. Ruslar Blaqoveşenskdə çayın buzlanması səbəbindən ölkə ərazisinə qayıda bilməyib.(publika.az)

 

0.013144969940186