Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb
 

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb.

“Paralel.az” xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkənin şimal-şərqindəki Dobriç şəhəri yaxınlığındakı fermada virus xəstəliyi aşkar edilib, təxminən 180 min toyuq məhv ediləcək.

Yeni infeksiya mənbəyindən 3 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, bütün təsərrüfatlarda baytarlıq nəzarəti gücləndirilib. Quşların və onlardan hazırlanmış məhsulların daşınması qadağandır. Bütün ev quşları məhv ediləcək.

 

0.019515037536621