Quterreş Qəzzada atəşkəs üçün yenidən çağırış etdi

Quterreş Qəzzada atəşkəs üçün yenidən çağırış etdi
 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada insanların ölümündən narahat olduğunu bildirib.

"Paralel.az" xəbər verir ki, Baş katib təcili humanitar atəşkəsin olması üçün çağırış edib.

Həmçinin, Quterreş oktyabrın 7-də İsrailə edilən hücumu da pisləyib və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Quterreş bundan öncə də Qəzzada atəşkəs üçün çağırış etmişdi.

 

0.022418975830078