Nobel Sülh Mükafatı laureatı aclıq aksiyasına başlayıb

Nobel Sülh Mükafatı laureatı aclıq aksiyasına başlayıb
 

Bu il Nobel Sülh Mükafatına layiq görülən və hazırda həbsdə olan iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi aclıq aksiyasına başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hüquq müdafiəçisi həbsdə hicabın məcburi taxılmasına və ona tibbi yardım göstərilməməsinə etiraz olaraq bu addımı atıb.

Hüquq müdafiəçisinin yaxınları onun səhhətindən narahat olduqlarını və təcili xəstəxanaya yerləşdirilməli olduğunu bildiriblər.

 

0.015281915664673