Ay aman, çəkirik torpaq həsrəti... - Akif Mirsiyaboğlu 

Ay aman, çəkirik torpaq həsrəti... - Akif Mirsiyaboğlu 
 

Neçə müddətdir ki , ovsunlanmış kimi masamın üzərində olan bir ovuc torpardan gözümü çəkə bilmirəm . Xəyallarım məni Bakıdan xeyli uzaqlara doğulduğum , boya başa çatdığım məkana başı bəlalar çəkmiş Xocalımıza aparır ...
Bu torpağın üstündə həyata ilk addımlarımı atmışam . Burada yaşadığım , kitablara sığmayan qədər acılı - şirinli xatirələrim bir kino lenti kimi yenidən gözlərimin önündə canlanır . Bir əsrdə üç dəfə dağıntılara , qarətlərə , yanğınlara , işğala məruz qalan , sakinləri 1905 , 1917 , 1992 - ci illərdə məcburi köçkün düşən başı bəlalı yurdum , tezliklə bir daha ayrılmamaq ümidi ilə sənə qovuşmaq ərəfəsindəyik . Ulu yaradana dualar edirəm ki , qara buludlar bir dəfəlik Qarabağımızın başının üstündən çəkilsin . Erməni taunu yox olsun , xalqımız bir daha belə oyunlara çəkilməsin .Vətənimizdə rahat yaşayıb , uzun illər boyu bədnam qonşunun yurdumuza vurduğu sağalmaz yaraları sağalda və yaddaşımızdan silə bilək .
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu şad olsun .
Qələbə sevincini xalqımıza yaşadan , başımızı uca edən , alnımızdan qaçqın , köçkün damğasını silən qalib Ordumuza və Müzəffər Ali Baş Komandanımıza təşəkkürlərimiz sonsuzdur .

R.S Atam həyətyanı sahəmizdə işləyəndə uşaq marağı ilə onun torpağı şumlamasına tamaşa etdiyimi görəndə deyərdi : - Torpaq deyir ki , öldür məni , dirildim səni. (Yəni ək , becər ki , məhsul yetişdirib , yaşaya biləsən).

Hazırlaş qara torpaq səni "öldürməyə" gəlirik .
Becərilməyən bərəkətli torpagımızı elə dərindən şumlamalıyıq ki , otuz iki ildə torpağımıza hopmuş erməni iyrəncliyi , murdarlığı , vəhşiliyi birdəfəlik yoxa çıxsın .

"Paralel.az"

0.02833104133606