Doğuşdan ayrılıq iddialarına reaksiya

Doğuşdan ayrılıq iddialarına reaksiya
 

Türkiyə mediası aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəli olan türkiyəli müğənni Doğuşla bağlı ortaya atılan iddiadan bəhs edib.

"Paralel.az" xəbər verir ki, "Show TV'də yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" proqramına çıxan Esra adlı qadın Doğuşla eşq yaşadıqlarını və dini nikah qıydıqlarını bildirib.

Bir neçə gündür deyilənlərə səssiz qalan Doğuş paylaşımı ilə ayrılacağı iddialarına son qoyub. İfaçı Xoşqədəm və əkizləri Arınla Ardanın yer aldığı şəkli yayımlayaraq "Sizi sevirəm, ailəm" şərhini yazıb.

Qeyd edək ki, Esra adlı qadın Doğuşla 2020-ci ildə görüşdüklərini və münasibətlərinin olduğunu bildirib. "Doğuş uşaqlarını çox sevir. Mənə sürpriz edib evə molla gətirdi və dini nikah etdik" deyə, qadın əlavə edib.

 

0.020862102508545