Tacir şəhid qardaşının övladını axtarır

Tacir şəhid qardaşının övladını axtarır
 

Müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.

Sənətçi bu haqda "Evdəkilərə salam" proqramında deyib. O bildirib ki, qardaşının həyat yoldaşı övladı ilə itkin düşüb:

"Şəhid qardaşımın bir övladı var, amma onu tapa bilmirik. Qardaşım Xocalıda idi, orada öldürüldü. Qardaşım orada evlənib, gəlinin adını da bilmirik. Bir il sonra oğlu dünyaya gəlib. O vaxt ermənilərin içindən keçib Xocalıya getmək lazım idi. Vəziyyət pisləşmişdi deyə, toya gedə bilmədik. Üstündən 35 il keçib. Gəlin Şuşadandır. Xocalı soyqırımı zamanı gəlin Şuşada anasının evində olub. Ona görə bilirəm ki, həyatdadır"./Axsam.az

 

0.017388105392456