Göydə qalan təyyarənin sirri çözüldü - VİDEO

Göydə qalan təyyarənin sirri çözüldü - VİDEO
 

Son günlər sosial mediada ən ox izlənilən videolardan biri də havadan asılı qalan təyyarə videosudur.

Paralel.az bildirir ki, təyyarənin bu görüntüləri sosail media istifadəçilərinin böyük marağına səbəb olub.

Mütəxəssislər həmin video ilə bağlı iki fərziyəni irəli sürürlər.

Bir qrup mütəxəssis qeyd edir ki, bu paralaksdır. Yəni müşahidəçinin baxış bucağının dəyişməsi nəticəsində cismin müşahidə edilən yerdəyişməsi. Bu iki təyyarənin eyni vaxtda yerə enməsi zamanı baş verir, lakin onlardan biri daha yavaş hərəkət edir.

Təyyarə sərnişinin çəkiliş apardığı təyyarədən xeyli kiçikdir, ona görə də daha yavaş uçacaq - əlavə olaraq, güclü külək ola bilər, bu da yer üzərində sürətin aşağı olacağı deməkdir.

Digər bir iddiaya görə isə bu optik illüziyadır. İnsan gözü təqribən 150 metrdən uzaq olan cisimlərin üçölçülü hərəkətlərini qavra bilmir.  Nəticədə üç ölçülü qavramadığı cisimlərin sürətini təxmin etmək gücü, hətta videokamera görüntüsü olsa belə, azalır. Bu səbəbdən çox uzaqda olan və əslində kifayət qədər sürətli olan avtomobillər müşahidəçiyə dayanmış kimi görünür.  Kameranın çəkildiyi təyyarə digər təyyarədən çox uzaqdır və çox sürətlidir. Digər təyyarə yavaş və fırlanır.  Video görüntüdə uzaqda olduğu üçün digər təyyarənin sürətini müəyyən edə bilmirik. Təyyarə bizim üçölçülü baxışımızdan kənardadır.

 

0.011754989624023