Çad İsraildəki müvəqqəti işlər vəkilini geri çağırdı

Çad İsraildəki müvəqqəti işlər vəkilini geri çağırdı
 

Çad Respublikası Qəzza zolağındakı münaqişə ilə əlaqədar İsraildəki müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırıb.

“Paralel.az” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çad mülki insanların həlak olmasını pisləyir və Fələstin probleminin qalıcı həllinə aparan atəşkəsə çağırır. Nəticədə İsraildəki müvəqqəti işlər vəkilinin məsləhətləşmələr üçün geri çağırılması barədə qərar qəbul edilib”, - nazirlik bildirib.

Bundan əvvəl Bəhreyn, İordaniya, Kolumbiya, Türkiyə, Çili İsraildəki səfirlərini geri çağırıb, Boliviya isə Təl-Əvivlə diplomatik münasibətləri dayandırıb.

 

0.025429010391235