Qəzzada HƏMAS-ın azı 12 komandiri öldürülüb

Qəzzada HƏMAS-ın azı 12 komandiri öldürülüb
 

İsrail ordusunun quru əməliyyatlarına başlamasından sonra Qəzza zolağında HƏMAS qruplaşmasının azı 12 komandiri öldürülüb.

Bu barədə “Yedioth Ahronoth” informasiya portalı İsrailin müdafiə naziri Yoav Qalanta istinadən məlumat yayıb.

"Bu müharibə başa çatdıqdan sonra Qəzzada cənub sərhədindən İsraili qorxuda biləcək heç bir təhlükə qalmayacaq. Biz zolaqdan kənarda tam əməliyyat azadlığına malik olacağıq", - Qalant bildirib.

Qalant bir daha təkrar edib ki, ölkə hərbçiləri oktyabrın 7-də İsrailə qarşı terror aktına görə HƏMAS-ın rəhbərliyini aradan qaldırmaq niyyətindədirlər.

"HƏMAS rəhbərliyi məsuliyyət daşıyır. Biz HƏMAS lideri Yəhya Sinvarın yanına gedib onu məhv edəcəyik. Qəzzalılar bizdən önə keçsələr, bu, müharibəni qısaldacaq", - Qalant deyib.

 

0.038691997528076