Almaniyada pirotexniki vasitə partlayıb: yaralananlar var

Almaniyada pirotexniki vasitə partlayıb: yaralananlar var
 

Almaniyanın paytaxtı Berlində polis avtomobilinin yanında pirotexniki vasitənin partlaması nəticəsində iki polis əməkdaşı və bir uşaq yaralanıb.

Paralel.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Partlayış Neukölln bölgəsində Fələstinə dəstək aksiyası ilə eyni vaxtda baş verib.

Dünyanın bir çox şəhərlərində olduğu kimi, Berlində də noyabrın 4-də Qəzza zolağına dəstək üçün kütləvi etiraz aksiyaları keçirilib. Almaniyanın paytaxtında polisin hesablamalarına görə, nümayişdə 9 min adam iştirak edib. Daha 17 min insan Düsseldorfda mitinq keçirib.

 

0.014667987823486