“Klon” serialının ulduzu vəfat edib

“Klon” serialının ulduzu vəfat edib
 

“Klon” serialı ilə məşhurlaşan 69 yaşlı braziliyalı aktrisa Elizancela do Amaral Vergeiro vəfat edib.

Bu barədə "Globo" məlumat yayıb.

Evdə özünü pis hiss edən və nəfəs almaqda çətinlik çəkən aktrisa noyabrın 3-də xəstəxanaya yerləşdirilib. Elizancela infarkt və tənəffüs tutulmasından orada dünyasını dəyişib.

Qeyd edək ki, o, serialda Donna Noemia obrazını canlandırıb.

 

 

 

0.012526035308838