Bolqarıstanda fövqəladə vəziyyət elan edildi

Bolqarıstanda fövqəladə vəziyyət elan edildi
 
Bolqarıstanın şimal-şərqində əlverişsiz hava şəraiti höküm sürür.
 
"Paralel.az" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
 
Təbiət hadisəsi iki nəfərin ölümünə səbəb olub. Şumen və İsperih şəhərlərində güclü külək 150-dən çox binanın damını uçurub. Bəzi ərazilərdə leysan yağış daşqına səbəb olub.
 
Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
 
Bolqarıstanın bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

0.016716003417969