Gecə saatlarında minaya düşən gənc: “İtən qoyunlarımı gətirməyə getmişdim” - VİDEO

Gecə saatlarında minaya düşən gənc: “İtən qoyunlarımı gətirməyə getmişdim” - VİDEO
 

Bu gün saat 1 radələrində Tərtər rayonunun Borsunlu kəndində minaya düşən 1999-cu il təvəllüdlü Əli Ağalarovun müalicəsi davam etdirilir.

“Unikal”a danışan Əli Ağalarov hadisənin necə baş verdiyini açıqlayıb:

“Qoyunlarım itmişdi, onları geri gətirmək istəyərkən minaya düşdüm. Əvvəllər həmin ərazidən keçmişdim.

Mən belə başa düşdüm ki, minanı sel yuyub gətirmişdi. Ayağımdan xəsarət almışam”.
Qeyd edək ki, hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan Əli Ağalarovun sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

 

0.011539936065674