Oğlunun gəlininə hədiyyəsini görən qayınana efirdə huşunu itirdi - VİDEO

Oğlunun gəlininə hədiyyəsini görən qayınana efirdə huşunu itirdi - VİDEO
 

Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Gelinim mutfakta” yarışmasında oğlunun gəlininə hədiyyəsini görən qayınana huşunu itirdi.

"Paralel.az" xəbər verir ki, Tuğbanın yoldaşı atasından miras qalan 8,5 milyon TL-lik (təx. 509 371 AZN) evi onun adına keçirib.

Belə ki, Tuğbanın əri verilişə evin sənədinin göndərərək sürpriz edib.

Təəccüblənən gəlin "Bura qayınatamdan yoldaşıma qalan ev idi. O da evi mənim adıma keçirib” dedi.

Oğlunun ondan soruşmadan belə bir şey etdiyinə əsəbiləşən Gönül 15 il yataqxanada işləyərək evi almaq almaq üçün ərinə kömək etdiyini söyləyib.

“Bunu necə edə bilər? Mən 15 il yataqxanada işlədim ki ərim o evi ala bilsin. Maşın alandan sonra evi sənin adına necə keçirə bilər? Gəlinimlə mənim aramda heç qan qohumluğu belə yoxdur. Məni dəli etmək istəyirsən? Özümü yaxşı hiss etmirəm. Səndən bir nəvəm belə yoxdur”,- deyə o əlavə edib.

 

 

0.020896196365356