Sevcan Yaşar və Turqut Tunçalp "Yalı Çapkını"nın heyətinə qatılır

Sevcan Yaşar və Turqut Tunçalp
 

Türkiyəli məşhur aktrisa Sevcan Yaşar və Turqut Tunçalp "Yalı Çapkını" serialının heyətinə qatılır. 

"Paralel.az" Türkiyə mediasına istinadla xəbər verir ki, Turqut Pelinin dayısı Şehmuzu, Sevcan isə onun həyat yoldaşlarından birini canlandıracaq.

Belə ki, Şehmusun Aysel və Sinem adlı iki xanımı var.

Şehmuzun gəlişi həm Korhanlılar, həm Pelin, həm də anası üçün maraqlı hadisələrə səbəb olacaq.

Bundan əlavə, serialın köhnə personajlarından olan jurnalist Taylan da seriala qayıdacaq.

 

 

0.014461994171143