Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
 

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 10 nəfərə minik avtomobili veriləcək.

Avtomobilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi təqdim edəcək.

Həmin sedan tipli sürət qutusu mexaniki olan avtomobillərin buraxılış ili minimum 2022-ci il olacaq. 

Agentlik avtomobillərin alışı üçün nəqliyyat vasitələrinin satışını həyata keçirəcək şirkətlə müqavilə imzalayacaq.

 

0.013045072555542