Gündəmdən düşməyən türkiyəli məşhur cütlük saxlanıldı - VİDEO

Gündəmdən düşməyən türkiyəli məşhur cütlük saxlanıldı - VİDEO
 

Bir müddətdir gündəmdə olan türkiyəli məşhur cütlük Dilan Polat, həyat yoldaşı Engin Polat və ailə üzvləri saxlanılıb.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, ailə barəsində çirkli pulların yuyulması iddiası ilə istintaq başladılıb.

Anadolu Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən iqamətgahlarında saxlanılan Polat cütlüyü və ətrafı İstanbul Polis İdarəsinə gətirilib.

Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat barəsində “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, vergi proseduru qanununun pozulması, futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb. 

Şirkətlərdə aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar ələ keçirilib.

Günay

 

 

0.019614934921265