Serbiya prezidenti parlamenti buraxıb növbədənkənar seçki elan etdi

Serbiya prezidenti parlamenti buraxıb növbədənkənar seçki elan etdi
 

Serbiya prezidenti Aleksandr Vuçiç imzaladığı fərmanla parlamenti buraxıb və dekabrın 17-nə növbədənkənar parlament seçkiləri təyin edib.

"Paralel.az" "RTS"ə istinadən  xəbər verir ki, parlamentin buraxılıb növbədəkənar seçkinin keçirilməsinə yaranan zərurətdən danışan prezident Vuçiç bunları deyib.

“Biz bu gün bütün dünya üçün qlobal çağırışlar, müharibələr, münaqişələr kimi çətin günlər yaşayırıq. Biz hamımız həyati vacib milli və dövlət maraqlarını qorumaq üçün mübarizədə birləşməliyik”, - deyə 

Vuçiç videomüraciətində Kosovo məsələsi ilə bağlı ölkəyə qarşı gözlənilən təzyiqlər barədə xəbərdarlıq edib. 

Bundan əvvəl oktyabrın 30-da Serbiya hökuməti Vuçiçə parlamentin buraxılması və deputatlar üçün yeni seçkilərin təyin edilməsi təklifi göndərib. 

 

 

0.016507863998413