Netanyahu Qəzza sərhəddində əsgərlərlə görüşdü: “Tam hazırıq…” – VİDEO

Netanyahu Qəzza sərhəddində əsgərlərlə görüşdü: “Tam hazırıq…” – VİDEO
 

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sektoru ilə sərhəddə hərbçilərlə görüş keçirib.

Paralel.az xəbər verir ki, bu barədə Netanyahu “X” sosial şəbəkəsində paylaşım edib.

“Biz qalib gələcəyik. Bütün İsrail xalqı sizin arxanızdadır və biz qələbəni əldə etmək üçün düşmənlərimizə güclü zərbə endirəcəyik”, – deyə Netanyahu hərbçilərə müraciətində bildirib.

Baş nazir həmçinin Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya quru əməliyyatı üçün tam hazır olduğu bildirilib.

0.021657943725586