Rəsmi Bakı: “Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”

Rəsmi Bakı: “Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”
 

“Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişdir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”

Ölkə.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “X” səhifəsində Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ana Badalyanın iddialarına cavabında bildirib.

Qeyd edək ki, Ermənistan XİN sözçüsü guya Azərbaycan ordusunun antiterror tədbirləri zamanı əziyyət çəkən şəxslərin “statistika”sını açıqlayıb.

 

0.016997098922729