Atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qaşısında

Atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qaşısında
 

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Azər Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

"Paralel.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası noyabrın 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Azər Abbasov aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasovu kəsici-deşici alətlə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

0.026530981063843