Qazaxıstan Prezidenti qəza baş verən əraziyə gedib

Qazaxıstan Prezidenti qəza baş verən əraziyə gedib
 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Karaqanda vilayətinə gedib.

“Paralel.az” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev hadisənin baş vermə şəraitini yerindəcə öyrənmək və tədbir görülməsinə göstəriş vermək niyyətindədir.

Qeyd edək ki, Karaqandada yerləşən mədəndə metan qazının partlaması nəticəsində yanğın baş verib. Yanğın zamanı mədəndə 252 nəfər olub. İndiyədək 21 işçinin cəsədi tapılıb, daha 23 nəfər isə mədəndə qalıb.

 

0.01649808883667