Yetər artıq, Qarabağ sizindir? Niyə susursan? - Simonyanda sərt reaksiya

Yetər artıq, Qarabağ sizindir? Niyə susursan? - Simonyanda sərt reaksiya
 

Məgər Qarabağ sizin vətəninizdir, yetər artıq sülhə dəstək olun.

Paralel.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistləri Ermənistanda sülhün bərqərar olması işinə qoşulmağa çağırıb.

“Hamınızdan xahiş etmək istəyirəm ki, hazırkı hakimiyyəti tənqid etməyə və ya hər hansı müdaxiləyə deyil, Ermənistanda sülhün bərqərar olmasına diqqət yetirin”, -Simonyan deyib. 
Onun sözlərinə görə, hamıya, dövlətimizə sülh lazımdır.

Jurnalistin “nəyin bahasına?” sualına gəldikdə Simonyan cavab verib ki, biz artıq bunun bədəlini artıqlaması ilə  ödəmişik, daha bundan da artığı  lazım deyil.

“Vətənin bir hissəsini düşmənə tapşıraraq başqa bir bölgədə dinc yaşaya bilərikmi?” sualına  cavab olaraq Simonyan bildirib ki, “Vətən” ifadəsi çox mücərrəddir.

“Adana, Qars-sizin vətəndir, Qarabağ məgər sizin vətəndir? İndi sual verirəm: Van, Muş, Ərzurum bizim vətənimizdir, ya yox? Cavab ver, niyə susursunuz?”, - Simonyan jurnalistlərə üz tutub.

Mürtəza
Ölkə.Az

 

0.029259920120239