İsrail - HƏMAS savaşı Misirə də sıçradı: yaralananlar var

İsrail - HƏMAS savaşı Misirə də sıçradı: yaralananlar var
 

HƏMAS ilə İsrail arasında döyüşlər çərçivəsində buraxılan raket Misirin Qəzza zolağından təxminən 220 km uzaqlıqda Sinay yarımadasındakı Taba şəhərini vurub.

"Paralel.az" "Haber7com"a istinadla xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Misir mətbuatında verilən məlumata görə, raket Taba xəstəxanasının rəhbərliyinə ayrılmış iqamətgaha düşüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və lazımi araşdırmalara başlanılıb. 

Raketin haradan atıldığı hələlik məlum deyil. 

 

0.014590978622437