Orçun zorakılıq və narkotik ittihamı ilə saxlanıldı 

Orçun zorakılıq və narkotik ittihamı ilə saxlanıldı 
 

Türkiyəli məşhur aktyor Aras Bulut İynemlinin böyük qardaşı aktyor Orçun İynemli saxlanıb.

"Paralel.az" Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb onun narkotik maddədən istifadə və yoldaşı Eda İynemliyə qarşı zorakılıq etməsi olub.

Qəzəblənən qadın döyüldüyünü bildirərək cinayət işi qaldırıb.

Həmçinin, Eda Orçunun evdə narkotik maddə yetişdirdiyini iddia edib.

Evində 109,5 qram narkotik tapılan aktyor yetişdirmədiyini sadəcə istifadə etdiyini bildirib.

Narkotik maddəni polisə təhvil verdikdən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

 

 

0.012961864471436