"BMW" sponsoru olduğu "Real Madrid"ə maşın hədiyyə etdi: ən ucuzunu o futbolçu seçdi - FOTO

 

Real Madridin sponsoru olan “BMW” şirkəti futbolçulara və texniki heyətə öz seçdikləri elektrikli avtomobil hədiyyə edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 24 futbolçu ən azı 150 min dollar dəyərində olan avtomobillər kataloqundan seçim edib.

Arda Güler başta olmak üzere Jude Bellingham, Thibaut Courtois, Kepa Arrizabalaga, Dani Carvajal, Dani Ceballos, Rodrygo ve Joselu alman markasının ən bahalı modeli olan “BMW XM”ə üstünlük veriblər. Bu avtomobilin qiyməti 190 min dollardan (təx. 323 000 AZN) başlayır. 

Nacho Fernande markanın “i7 xDrive60” modelini seçib. Bu avtomobilin qiyməti 147 min dollardır (təx. 250 000 AZN).

115 min dollarlıq (təx. 200 000 AZN) “iX xDrive 50” modelini seçən futbolçular Andriy Lunin, David Alaba, Antonio Rüdiger, Toni Kroos, Fede Valverde və Brahim Diazdır.

Carlo Ancelotti, Vinicius, Eder Militao, Eduardo Camavinga və Lucas Vasquezin seçimləri “i4 M50” olub. Bu model 84 min dollara (təx. 142 800 AZN) satılır.

Nəhayət fransalı futbolçu Aurelien Tchouameni kataloqdaki ən ucuz avtomobili “i4 eDrive35”i seçib. 23 yaşlı ulduz bu modeli alan yeganə şəxs olub. Bu avtomobilin qiyməti 60 min dollardır (təx. 102 000 AZN).

Günay

 

0.011420011520386