Elm və Təhsi Nazirliyi vergi borcu olan şirkətə 3 milyonluq tender verdi

Elm və Təhsi Nazirliyi vergi borcu olan şirkətə 3 milyonluq tender verdi
 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi vergi borcu olan şirkətə 3 milyon manatlıq tender verib.

Nazirliyin respublikanın bir sıra təhsil müəssisələrində təmir və abadlıq işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderinin qalibi “Ar Group İnşaat” MMC olub.

Qalib təşkilatla 2 834,258 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, hazırda şirkətin vergi borcu 10,505 min manat təşkil edir.

Onu da bildirək ki,  Dövlət satınalmaları haqqında qanunda podratçılara qoyulan tələblərdən biri də vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasıdır.

Könül
Ölkə.Az

 

 

0.012134075164795