İslam dini korrupsiya ilə mübarizədə hansı yol göstərir? – VİDEO

İslam dini korrupsiya ilə mübarizədə hansı yol göstərir? – VİDEO
 

İslam dinində korrupsiyaya qarşı mübarizə ilə bağlı hökumət, hər bir insan üçün nəzərdə tutulan öhdəliklər və göstərilən yol

Korrupsiya əməli əxlaqi dəyələrin zəifliyinin nəticəsi kimi meydana çıxır, artıq bu əməl törədildikdən sonra isə cəmiyyətin əxlaq dayaqlarını da sarsıdır. Korrupsiya və korrupsionerlər yalnız pul oğurlamırlar, gələcəyimizi, övladlarımız üçün yarana biləcək imkanları oğurlayırlar. Korrupsiya problemi həm də insanın özünün özü, nəfsi, tamahı ilə mübarizəsidir.

Korrupsiya ilk növbədə səlahiyyətlər, vəzifə ilə bağlıdır və bu zaman insan üçün əsas buxov onun əxalaqı, imanı, inancı olmalıdır.

Korrupsiya ilə hər kəs həm də bir daxili mübarizə aparmalıdır. Əks halda müxtəlif qaydalar, cəzalar və s. müvəqqəti xarakter daşıyacaq. Korrupsiya problemi həm də bir iman məsələsidir, halal-haram, paklıq məsələsidir. Yalnız bu düşüncə ilə korrupsiyanın səviyyəsəni azlada bilərik.

Müqqədəs dinimiz, İslam dini bu mövzuda qəti hökmləri və qadağaları ilə müsəlmanlara aydın bir yol göstərir. Bu yolu incələmək, hər birimiz üçün aydınlatmaq məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidinin imamı, ilahiyyatçı Atif İsmayılov “Rəqəmsal antikorrupsiya təbliğatı” layihəsi çərçivəsində müsahibə verib. O, hər bir insanın korrupsiyaya qarşı durmasının tamahla savaş olması, haram buyrulması, İslam dininin korrupsyaya qarşı mübarizə ilə bağlı hökumləri, hər bir insan üçün nəzərdə tutduğu öhdəliklər və göstərdiyi yol haqqında suallara cavab verib.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilir.

Ətraflı aşağıdakı videomüsahibədən öyrənə bilərsiniz:

https://www.youtube.com/live/yVWyjvIwqTs?si=1mIi_61L7zUMB3li

 

 

0.014675140380859