İran Yaxın Şərqi ələ keçirmək istəyir - İsrail

İran Yaxın Şərqi ələ keçirmək istəyir - İsrail
 

İran Yaxın Şərqə nəzarəti ələ keçirmək istəyir.

Paralel.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Kohen “Sandey Teleqraf” qəzetindəki məqaləsində qeyd edib.

O bildirib ki, Tehran yəhudi dövlətini məhvinə çalışır:

“İranlı fanatik ayətullahlar rejimi HƏMAS-a hərbi, maliyyə və siyasi dəstək verir. İran rejimi özünün marionet Hizbullahının köməyi ilə Livanda əlavə cəbhə açmağa çalışaraq müharibəni qızışdırır. Onların hamısı İsrailin məhvinə can atırlar ki, bu da onlara bütün Yaxın Şərqə nəzarəti ələ keçirməyə və öz aqressiv İslam inqilabını Aralıq dənizinə, Avropaya və bütün dünyaya yaymağa imkan verəcək”, - Kohen yazır.

 

0.01781702041626