ABŞ Yaxın Şərqdə THAAD sistemlərinin batareyasını yerləşdirəcək

ABŞ Yaxın Şərqdə THAAD sistemlərinin batareyasını yerləşdirəcək
 

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defense – “Ted”, Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi) raketdən müdafiə sistemlərinin batareyasının və əlavə “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib.

 Bu barədə Pentaqon rəhbə- rinin bəyanatında bildirilib.

Ostin qeyd edib ki, ABŞ Prezidenti Cozef Baydenlə məsləhətləşmələrdən sonra “Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək” barədə qərar qəbul edilib. Eyni zamanda, o xatırladıb ki, ABŞ bundan əvvəl beş müşayiət gəmisi ilə “USS Gerald R. Ford” aviadaşıyıcı gəmisini, eləcə də “USS Dwight D. Eisenhower” aviadaşıyıcısını üç müşayiət gəmisi ilə Yaxın Şərqə göndərib.

“Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə “Patriot” taborlarının yerləşdirilməsi əmrini vermişəm”.

O həmçinin “hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq” üçün əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verdiyini söyləyib.

 

 

 

0.01637601852417