"Köksümüzə çöküb bizi içdən məhv edirsiniz. Kökünüz kəsilsin"! - Professor

 

Psralel.az  xəbər verir ki, professor İdris Abbasov facebook səhifəsində yazır:

"Xalqın malını yeyib övladlarını səfalətə, aclığa və ölümə düçar edən qəddar düşmənlərdən birinin -professor Səlim Müslümovun növbəti məhkəməsi keçirilib.

Cəzan layiqincə olsun, Səlim! Mənim gözümdə siz - körpələrin qidasını oğurlayan oğru və rüşvətxorlar - erməni qatillərindən daha pis və təhlükəlisiniz.

Köksümüzə çöküb bizi içdən məhv edirsiniz. Kökünüz kəsilsin!

P. S. Ölkədə "professor", "akademik", "alim" adları - hələ məhkum olunmamış neçə-neçə belələrinin sayəsində - az qala "oğru", rüşvətxor", "xalq düşməni", "uşaq qatili" sözlərinin sinoniminə çevrilib.

0.016453981399536