İspaniya siyasəti futbol bilməsin, Azərbaycan onu darmadağın etdi - Aydın Mirzəzadə

İspaniya siyasəti futbol bilməsin, Azərbaycan onu darmadağın etdi - Aydın Mirzəzadə
 

“İspaniya parlamentinin Azərbaycanla bağlı qərəzli bəyanat qəbul etməsi məndə çox ciddi təəccüb doğurdu və mənə qəribə gəldi.  Birincisi, ona görə ki, İspaniyanı nə Ermənistanla, nə də Azərbaycanla bağlayan ciddi əlaqələr mövcud deyil.

İkincisi, İspaniyanın özü ərazi bütüövlüyü məsələsindən əziyyət çəkən ölkədir. Bildiyiniz kimi, uzun illərdir ki, Kataloniya İspaniyanın tərkibindən ayrılıb müstəqil dövlət olmaq istəyir. Özü ərazi bütövlüyü məsələsində əziyyət çəkən ölkənin separatçı, işğalçı ölkəyə dəstək verməsi absurd yanaşmadır”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

“İspaniya əgər ermənilərin halına bu qədər yanırsa, bəs o zaman niyə kataloniyalıların hüququnu niyə tanımır? Niyə onların müstəqil dövlət olmasına imkan vermir və onlara qarşı amansız davaranır, beynəlxalq hüquqa hayqırı mövqe nümayiş etdirib onların hüquqlarını tapdalayır? Axı 2017-ci ildə referendum zamanı əhalinin 90 faizi Kataloniyanın müstəqilliyinə səs verib. Əgər İspaniya beynəlxalq hüquqa belə hörmətlə yanaşırsa, o zaman Kataloniyanın müstəqilliyini tanımalıdır. Amma milyonlarla kataloniyalının hüququnu kobud surətdə pozur və ayaqlar altına atır. Bu azmış kimi başqasına göstəriş verməyə qaxır. Təbii ki, onu buna vadar edən qüvvələr var”, - o bildirib. 

Deputat qeyd edib ki, İspaniyanın güclü futbol komandaları var və dünya futbol arenasında yaxşı performans nümayiş etdirə bilir: “Amma siyasi arenada piyadadır. Çox zəifdir. Məhz ona görə də ərazicə Avropanın böyük ölkəsi olsa da, siyasi, iqtisadi cəhətdən zəif ölkələr sırasındadır. Uzun illərdir, sosial-iqtisadi böhran içərisində çabalayır. O baxımdan da güclü futboluna baxmayaraq. İspaniya Azərbaycanla diplomatiya oyununda “öz qapısından çoxsaylı top buraxmaqla” darmadağın oldu. İspaniya parlamenti belə bir bəyanat verərkən onun necə əks effekt verəcəyini düşünmədi”.

Mürtəza
Ölkə.Az

 

0.031239986419678