Rəqəmsal diplomlar nə zaman veriləcək ?

Rəqəmsal diplomlar nə zaman veriləcək ?
 

Prezident 2020-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Yeni qaydalara görə, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd (diplom, attestat və s.) formasında təhsil haqqında dövlət sənədi verilməlidir.

Bu tələb ali məktəb diplomlarına, orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomlarına, ümumtəhsil  məktəblərinin attestatlarına və təhsil arayışlarına da şamil olunacaq.

Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, xeyli müddət keçməsinə baxmayaraq hələlik Elm və Təhsil Nazirliyi (ETN) rəqəmsal təhsil sənədlərinin verilməsinə başlamayıb:

"Bildiyim qədər ETN artıq bununla bağlı yeni Qaydaları hazırlayıb və digər qurumlarla razılaşdırmalara təqdim edib. 

Düşünmək olar ki, bu xidmətin reallaşması üçün bir neçə dövlət qurumunun informasiya sistemlərinin də inteqrasiyasına ehtiyac var.

Bizdə isə məlum olduğu kimi, müəyyən işlər görülsə də, hələlik dövlət qurumları arasında inteqrasiya prosesləri tam başa çatmayıb.

Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)də dəstəyi ilə cari tədris ilinin sonuna ETN "rəqəmsal diplom" xidmətini reallaşdıra biləcək.

O. Gündüz İRİA-nın MyGov-da olan bəzi sənədləri rəqəmsallaşdıracağı ilə bağlı açıqlamasını da xatırladıb.

Billurə

 

0.021013975143433