Fransanın böyük aeroportları boşaldıldı

Fransanın böyük aeroportları boşaldıldı
 

Fransanın 6 böyük hava limanı partlayış təhdidləri daxil olduqdan sonra boşaldılıb.

Ölkə.az Trend-ə istinadən bildirir ki, bu barədə "BFM TV" telekanalı polisdəki mənbəyə istinadən məlumat verib.

Məlumata görə, Lill, Tuluza, Nant, Bron, Nitsa, Bove hava limanları partlayış təhdidləri alıb. Bundan başqa, Nitsa aeroportunda şübhəli bağlama barədə xəbərdarlıq daxil olub.

Beləliklə, müvafiq hava limanları təcili olaraq boşaldılıb və axtarış işləri aparılır.

 

0.016886949539185