Sibelcan Orxan Məmmədlinin ailəsinə başsağlığı verdi

Sibelcan Orxan Məmmədlinin ailəsinə başsağlığı verdi
 

Türkiyəli məşhur müğənni Sibelcan özünə qəsd edən azərbaycanlı iş adamı Orxan Məmmədlinin həyat yoldaşı, jurnalist Türkan Məmmədliyə başsağlığı verib.

"Paralel.az" xəbər verir ki, ifaçı bu barədə T.Məmmədlinin instaqram paylaşımının şərh bölməsində yazıb.

"Ah Türkancığım, Orxan qardaşım çox əfəndi, sayğılı, çox düzgün insan idi. Kədərimi ifadə etməyə sözlər kifayət etmir. Məkanı cənnət olsun. Allah sənə, ailəsinə, sevdiklərinə səbr və dözüm versin. Çox pisəm", - deyə o yazıb.

Qeyd edək ki, O.Məmmədlinin külli miqdarda borcunun olduğu bildirilir.

 

 

0.012818098068237