Balıq tutmaq istəyən şəxsin axtarışı üçün təyyarə gətirildi - VİDEO

Balıq tutmaq istəyən şəxsin axtarışı üçün təyyarə gətirildi - VİDEO
 

Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmayan şəxsin axtarışlarına başlanılıb.

FHN-dən verilən məlumata görə, 11 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Sərdar Saleh oğlu Bayramovun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.

Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsidə axtarış işlərinə cəlb olunub.

 

0.011958122253418