“Türkiye Yüzyılında Edebiyat ve Sanat” adı altında "Ankara ədəbiyyat festivalı" keçirilib - FOTO

“Türkiye Yüzyılında Edebiyat ve Sanat” adı altında 
 

Belə bir məsəl var - keçmişi olmayanın gələcəyi də olmaz. Bu baxımdan cəmiyyət və millət olaraq varlığı gələcəyə daşımağın mühüm tərkib hissələrindən biri də ədəbiyyatdır.

Ədəbiyyat vasitəsilə cəmiyyətlər gələcəyə, keçmiş irs bu günə, bu gün gələcəyə aparılır.

Ədəbiyyat bir xalqın ideya və mentalitetini, dünyagörüşünü, mədəniyyətini, sivilizasiyasını keçmişdən bu günə yeni nəsillərə ötürdüyünə görə çox mühümdür.

Təəssüf ki, mədəni həyatımızda - ədəbiyyatla bağlı davamlılığı olan fəaliyyətlər çox deyil. Bu gün ədəbiyyat, ideya və incəsənət arxa plana keçib sanki. Oysa, bu sahədə davamlılıq bərqərar olarsa mədəniyyət bir o qədər güclü və zənginləşə bilər.

12-14 Oktyabr tarixlərində “Türkiye Yüzyılında Edebiyat ve Sanat” adı altında keçirilən "Ankara ədəbiyyat festivalı" olduqca əhəmiyyətli idi. Festivalda iştirak etməkdən çox məmnun oldum.

Dəvət üçün Türkiyə Yazıçılar Birliyinin Ankara şöbəsinə təşəkkür edir, festivalın ərsəyə gəlməsində əməyi olanları təbrik edirəm!.. Davamlı olsun!

Şəhla İbişova

"Paralel.az"

0.015827894210815