İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib

İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib
 

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.

Paralel.az xəbər verir ki, müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib.

“İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, - məlumatda bildirilir.

Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.(Report)

 

0.0312819480896