Türkiyə Rusiyaya borcu ilə bağlı xəbərləri təkzib edib

Türkiyə Rusiyaya borcu ilə bağlı xəbərləri təkzib edib
 

"BOTAŞ" dövlət neft-qaz şirkəti sosial şəbəkələrdə Türkiyənin Rusiyaya 27,5 milyard dollarlıq qaz borcu olması və onun restrukturizasiyası ətrafında danışıqlar aparması ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Paralel.az” xəbər verir ki, bu barədə şirkətin "X" hesabında yayılan açıqlamada deyilir.

Bildirilir ki, son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə Türkiyənin Rusiyaya qaz borcunun 27,5 milyard dollara çatması və bu borcun restrukturizasiyası üçün danışıqların getdiyi ilə bağlı əsassız iddialar irəli sürülüb.

"İctimaiyyət şirkətə milli və beynəlxalq arenada ziyan vurmaq, eləcə də onun brend kimi dəyərini azaltmaq üçün qəsdən yayılan bu cür xəbərlərə və ittihamlara etibar inanmamalıdır”, - açıqlamada vurğulanır.

 

0.024869918823242