SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

SOCAR
 

Növbəti həftə (16,17,19 və 20 oktyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Gədəbəy rayonu, Çanaqçı kəndində (İcra nümayəndəliyinin qarşısı), 2-ci günü Şəmkir rayonu, Bayramlı kəndində (kənd bələdiyyəsinin qarşısı), 4-cü günü Qazax rayonu, Canalı kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində (qəsəbənin mərkəzi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

"Paralel.az"

0.013046979904175