Təkrar qızdırılması təhlükəli olan qidalar

Təkrar qızdırılması təhlükəli olan qidalar
 

Bəzi yemək və qidalar var ki, onları sabahı soba və ya mikrodalğalı sobada isidib, yenidən yemək olmaz.


“Paralel.az” xəbər verir ki, həkim Lana Belyayeva soyuducuda saxlanmalı və qızdırılması qadağan olan qidaları açıqlayıb.

“Qızardılmış kartofu soyuducuda saxlayıb, sonradan qızdırmaq olar. Əgər kartof qızardılandan sonra sadəcə tavada mətbəx stolunda qalsa, orda çoxlu bakteriyalar əmələ gəlir.

Toyuq və yumurtada əsas maddə zülaldır. Əgər onları təkrar qızdırsaq, faydalı zülalın strukturu pozulacaq.
Mədəmiz isə bu cür qida ilə bacarmır və təbii ki, pozulur.

Toyuğu o halda təhlükəsiz qızdırmaq olar ki, siz soyuqn toyuğu sanki yenidən qızardırsız, o çox isti olmalıdır.
Yumurta isə bir dəfə bişirilir, həmin an da yeyilməlidir.

Çuğundurlu, ispanaqlı, müəyyən tərkibli şorbaları da isidəndə ehtiyatlı olun. Çünki onlarda çox miqdar nitratlar var, qızdıranda kanserogen toksinlər yaranır.

Göbələyi, göbələkli qidaları təkrar qızdırmaq da qəti olmaz, çünki bu onları zəhərli edir.

Düyünü soyuducuya qoyub, sabahı yenidən qızdırmaq olar. Bir şərtlə ki, onu 2 gündən artıq saxlamayasız”.(Medicina)

 

0.031991004943848